Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə start verilir. bu barədə mətbuata Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın inzibati rayonları üzrə təmirə ehtiyacı olan küçə və prospektlərdə kompleks təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. İlkin mərhələdə Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında yerləşən bir sıra küçə və prospektlərdə təmir işlərinə başlanılması planlaşdırılır.
Təmir işlərinin aparılacağı küçə və prospektlər aşağıdakılardır:
Xətai rayonu:
- Qədir Məmmədov küçəsi;
- Abdulla Rəhimov küçəsi;
- Kamandar Rəhimov küçəsi;
- Sergey Senyuşkin küçəsi;
- Rövşən Əliyev küçəsi.
Nizami rayonu:
- Qara Qarayev prospektində yan yol;
- Cəmşid Naxçıvanski küçəsi (8-ci kilometr bazarının sağ və sol tərəfi);
- Əliağa Kürçaylı küçəsi;
- 4-cü Köndələn küçəsi.
Səbail rayonu:
- “Gülüstan” sarayına gedən yol;
- Şeyx Şamil küçəsi;
- Bünyad Sərdarov küçəsi;
- Əlibəyov qardaşları küçəsi.
Nəsimi rayonu:
- Abbasqulu ağa Bakıxanov küçəsi (Rəşid Behbudov küçəsindən Ceyhun Hacıbəyli küçəsinədək);
- Səməd Vurğun küçəsi (Füzuli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək);
- Füzuli küçəsi (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək);
- Asif Məhərrəmov küçəsi.
Nərimanov rayonu:
- Ceyhun Hacıbəyli küçəsi (Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək);
- Baksol yolu (Ziya Bünyadov prospektindən Azadlıq prospektinədək).
Yasamal rayonu:
- Hüseyn Cavid prospekti (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək);
- Hüseyn Cavid prospekti (Landau küçəsindən Ə.Haqverdiyev küçəsinədək);
- Ayna Sultanova küçəsi;
- Şeyx Məhəmməd Xiyabani küçəsi;
- Xarici Dairəvi yolun Şamaxı istiqamətində yan yolu.
Qeyd edək ki, təmir işlərinə yaxın müddətdə başlanılması planlaşdırılır. Məqsəd paytaxt yollarının vəziyyətinin yaxşılaşdırılması, nəqliyyatın hərəkət rahatlığının artırılması və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Great Wall Volkswagen Beetle Clone-u yeniləyir...
Texnologiya 21:51Generalların sui-qəsdi...
Dünya 20:29“Bu dəfə daha dağıdıcı olacaq...”
Dünya 20:08İnsan beyni bir çox sirr saxlayır…
Səhiyyə 19:27Ədəbiyyat Muzeyində yeni ekspozisiya
Təhsil 19:17Rusiyada inqilabdan danışmağa başlayıblar...
Dünya 18:51Səfər ayı...
Sosial 18:29Nəsillər: X-dən Alfaya-dək
Sosial 17:45Əli Əsədov Arnout Damen ilə görüşüb...
Siyasət 17:37Fransa Rusiyanı kibercasusluqda ittiham edib
Dünya 17:27AQTA: Heyvanların identifikasiyası nə üçün vacibdir?
Hadisə 16:50AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva ilə MÜSAHİBƏ
Təhsil 14:54S-400-lərdən necə qurtulmalı?
Rəy 14:43Sabah Bakıda güclü külək əsəcək
Hadisə 14:33Şeyxülislam Allahşükür Paşazadə Anqolaya səfər edir
Siyasət 13:55Kiyev İrana cavab verdi
Dünya 13:41ABŞn Beynəlxalq Kosmik Stansiyanı sökəcək - Rubio
Siyasət 13:39Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq
Hadisə 13:10Unudulmaqdan qorxan cəmiyyət - KÖŞƏ
Sosial 11:54Bakıda 172 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
İqtisadiyyat 11:45Ötən gün narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib
Hadisə 11:37İlham Əliyev Emmanuel Makronu təbrik edib
Siyasət 11:18"Şuşa qlobal əməkdaşlıq məkanına çevrilib" - ŞƏRH
Siyasət 10:32Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9365
-0,11%
-
GBP
2,2711
-0,19%
-
RUB
2,2157
+0,10%



