DSMF: 5 ayda 19 minə yaxın şəxs proaktiv qaydada yaşa görə əmək pensiyasına çıxıb

DSMF: 5 ayda 19 minə yaxın şəxs proaktiv qaydada yaşa görə əmək pensiyasına çıxıb

Bu ilin yanvar-may aylarında 18 932 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

SİA bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 56,23 %-ni kişilər, 43,77 %-ni isə qadınlar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə