Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-may aylarında proqnozla müqayisədə 9 faiz və ya 307 milyon manat çox olmaqla 3 milyard 676 milyon manat təşkil edib.
Bu barədə SİA-ya ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 167 milyon manat artaraq 2 milyard 815 milyon manat olub.
Bu ilin 5 ayında DSMF-nin xərcləri isə 3 milyard 440 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 316 milyon manat çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB