Azərbaycanın tanınmış yazıçı-publisisti Yunus Oğuz yeni tarixi əsərini - "Qara Yusif" romanını başa çatdırıb. Üç kitabdan ibarət olan romanın bu ilin sonunadək çap olunaraq oxucuların ixtiyarına verilməsi nəzərdə tutulur.
SİA xəbər verir ki, tarixi hadisələr və görkəmli şəxsiyyətlərin həyatından bəhs edən əsər Qaraqoyunlu hökmdarı Qara Yusifin fəaliyyətini əhatə edir. Romanın birinci kitabı "Əmir Teymur və Qara Yusif", ikincisi "Qara Yusif və Teymurilər", üçüncü kitab isə "Qara Yusif və Teymuri hökmdarı Şahruh" adlanır.
Müəllifin yeni əsərində orta əsrlər dövrünün mühüm siyasi prosesləri, Qara Yusifin hakimiyyət uğrunda mübarizəsi və bölgədə baş verən tarixi hadisələr bədii dillə təqdim olunur. Tarixsevərlərin marağına səbəb olacaq romanın nəşri artıq ədəbiyyat ictimaiyyətində diqqətlə gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB