Əlillik qərarı ilə razılaşmayan vətəndaş hara və hansı qaydada müraciət edə bilər? - QURUMDAN AÇIQLAMA

“Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarından razı qalmayan vətəndaşlar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinəyə cəlb edilirlər”.
Bu sözləri SİA -ya açıqlamasında Dövlat Tibbi-Sosial Ekspertiza va Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanov bildirib.

Onun sözlərinə görə, agentlik tərəfindən vətəndaşlara xidmətin əlçatanlığının təmin edilməsi, verilmiş qərardan razı qalmayan vətəndaşların rahat əyani müayinə olunmaları üçün mexanizmlər yaradılıb:

”Bu kateqoriyadan olan şəxslərin operativ şəkildə əyani müayinə olunmaları üçün onlayn növbə sistemi qurulub, müayinələr ən müasir diaqnostik, instrumental, laborator avadanlıqlardan istifadə edilməklə həyata keçirilir. Vətəndaş DTSERA-nın 099 819 19 23 vatsap nömrəsinə müraciət edərək əyani müayinə üçün onlayn növbəyə yazıla bilər. Müayinə nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə