Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.
SİA xəbər verir ki, media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada yaşayan uşaqlara göstərilən xidmətlərlə yaxından tanış olublar.
Bildirilib ki, müəssisə 5-18 yaşlı əlilliyi olan və təhsilə cəlb olunmayan uşaqlara stasionar və yarımstasionar sosial xidmətlər göstərir. Burada sakinlər sosial-məişət, sosial-pedaqoji, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb edilirlər.
Eləcə də uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində iş aparılır.
Hazırda müəssisədə 173 uşağa xidmət göstərilir.
Qeyd edək ki, hazırda Agentlik tərəfindən ümumilikdə 1000-dən çox uşaq stasionar və yarımstasionar formada müxtəlif xidmətlərlə təmin edilir. Onlardan 495 nəfəri əlilliyi olan uşaqlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB