“Uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası əsas hədəfdir” - Sevinc Məlikova

“Müəssisə 1984-cü ildən fəaliyyət göstərir və bu gün 173 nəfərə sosial xidmət göstərilir. Müəssisə stasionar və yarımstasionar formada fəaliyyət göstərir”.

SİA xəbər verir ki, bu sözləri Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova jurnalistlərə açıqlamasında deyib.

Direktor bildirib ki, müəssisənin ümumi tutumu 200 nəfərlikdir və hazırda burada 173 nəfər xidmət alır.

Sevinc Məlikova qeyd edib ki, əsas fəaliyyət istiqaməti uşaqların sosial reabilitasiyasının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi və ailələrlə birgə inkişaf prosesinin dəstəklənməsidir.

O vurğulayıb ki, müəssisədə uşaqlara sosial-məişət, sosial-pedaqoji, sosial-psixoloji və tibbi-sosial xidmətlər təqdim olunur.

Direktor əlavə edib ki, müəssisə 200 çarpayılıq imkanlara malikdir və burada xidmət alanlara hərtərəfli sosial dəstək göstərilir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə