Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin ölkə üzrə 13 filialı və 21 sosial xidmət müəssisəsi mövcuddur.
SİA xəbər verir ki, bu sözləri Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Sərvər Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu filial və müəssisələr vasitəsilə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara stasionar, yarımstasionar və səyyar formalarda sosial xidmətlər göstərilir.
Sərvər Abdullayev qeyd edib ki, hazırda Agentlik tərəfindən min nəfərdən çox uşağa sosial xidmət göstərilir və onların əhəmiyyətli hissəsini əlilliyi olan uşaqlar təşkil edir.
Onun sözlərinə görə, xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar Agentliyə və ya regionlarda fəaliyyət göstərən filiallara müraciət edə bilərlər və müraciətlər qiymətləndirildikdən sonra ehtiyaclara uyğun xidmətlər təmin olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB