Baş prokuror Şəmkirdə vətəndaşları qəbul edib - FOTO

Baş prokuror Kamran Əliyev Şəmkir rayonunda vətəndaşları qəbul edib.

Bu barədə SİA Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 5-də Baş prokuror Kamran Əliyev Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 22 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə