...Rusiyada əhalinin bioloji yaşını təyin etmək üçün genişmiqyaslı elmi layihəyə başlanılır. Müvafiq müqavilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Dedov adına Milli Tibbi Endokrinologiya Tədqiqat Mərkəzi ilə “Promomed” əczaçılıq şirkəti arasında imzalanıb.
SİA bu barədə rus saytlarına istinad edir.
Tərəfdaşlığın əsas məqsədi artıq çəkinin qocalma sürətinə necə təsir etdiyini və hansı genetik markerlərin vaxtından əvvəl aşınmaya işarə etdiyini anlamaqdır.
Tədqiqatın praktik mərhələsi 2026-cı ilin yayında başlayacaq və Rusiyanın bir neçə bölgəsini əhatə edəcək.
Alimlər vətəndaşların metabolik sağlamlığını, sağlam həyat tərzi prinsiplərinə riayət etmək istəklərini və mövcud profilaktik tədbirlərin effektivliyini təhlil etməyi planlaşdırırlar.
Proqramın ayrıca bir istiqaməti piylənmənin reproduktiv funksiyaya təsirini öyrənmək olacaq.
Əldə edilən məlumatlar sürətlənmiş qocalma ilə mübarizəyə yönəlmiş fərdiləşdirilmiş diaqnostika və müalicə metodlarının hazırlanması üçün əsas təşkil edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB