“Bəzi kateqoriyadan olan namizədlər imtahan mərhələsindən azad olunurlar“ -FİDAN SEYİDŞAHQIZI
Müsahibə mərhələsi əvvəlcədən elan olunmuş proqram və qiymətləndirmə meyarları əsasında keçirilir. Bu mərhələdə namizədlərin yalnız nəzəri bilikləri deyil, həm də peşəkar bacarıqları, analitik düşünmə qabiliyyəti, qərarvermə bacarığı, ünsiyyət və təqdimat qabiliyyətləri, komanda ilə işləmək bacarığı, eləcə də vakant vəzifənin tələblərinə uyğunluğu qiymətləndirilir. Müsahibələr müvafiq komissiyalar tərəfindən aparılır və hər bir namizəd müəyyən olunmuş meyarlar üzrə dəyərləndirilir. Bu yanaşma vəzifəyə ən uyğun namizədlərin seçilməsinə şərait yaradır.
SİA xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat xidmətinin rəhbəri Fidan Seyidşahqızı bildirib.
Onun sözlərinə görə, eyni zamanda qeyd etmək istərdim ki, qanunvericiliyə uyğun olaraq bəzi kateqoriyadan olan namizədlər imtahan mərhələsindən azad olunurlar. Bu kateqoriyaya elmlər doktoru elmi dərəcəsinə malik şəxslər, azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçuları, peşəkar mühasib sertifikatına və ya tibbi fəaliyyət sertifikatına malik şəxslər, yüksək ixtisaslaşma müsabiqəsinin finalçıları, həmçinin “Gənclik Dostu” könüllü proqramını A sertifikatı ilə uğurla başa vurmuş könüllülər daxildir.
Həmin şəxslər sənəd qəbulu mərhələsində öz imtiyazlarını təsdiq edən sənədləri elektron sistemə yükləyirlər. Təqdim olunan sənədlər aidiyyəti qurum tərəfindən yoxlanıldıqdan və təsdiqləndikdən sonra onlar imtahan mərhələsindən azad edilərək birbaşa müsahibə mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mexanizm müəyyən sahələr üzrə yüksək peşəkarlıq və təcrübə nümayiş etdirmiş şəxslərin bilik və bacarıqlarının nəzərə alınmasına, eyni zamanda qəbul prosesinin daha səmərəli təşkilinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB