Birinci mərhələ Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzi tərəfindən təşkil olunan imtahandır. İmtahan prosesi tam elektron qaydada keçirilir və 100 dəqiqə davam edir. İmtahan zamanı namizədlərin ümumi dünyagörüşü, məntiqi təfəkkürü, analitik düşünmə qabiliyyəti, qanunvericilik bilikləri və vakansiyanın tələblərinə uyğun peşəkar hazırlıq səviyyəsi qiymətləndirilir. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə bütün proses müasir texnoloji həllər əsasında təşkil edilir.
SİA xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat xidmətinin rəhbəri Fidan Seyidşahqızı bildirib.
Onun sözlərinə görə, sualların ən azı 70 faizini düzgün cavablandıran namizədlər müvəffəqiyyətli hesab olunurlar və növbəti mərhələyə keçid hüququ qazanırlar. Bu göstərici namizədin tələb olunan minimum bilik və bacarıqlara malik olduğunu müəyyən etməyə imkan verir. Uğurlu nəticə göstərən şəxslər ikinci mərhələyə – müsahibə mərhələsinə dəvət edilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB