Bu gün yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşa bilər - XƏBƏRDARLIQ

Bu gün avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, iyunun 5-də gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq.

Gözlənilən hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı proqnozlaşdırılır. Belə ki, bu gün dumana görə avtomobil magistral yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşa bilər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə