Milli Hidrometeorologiya Xidməti iyunun 5-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Xidmətdən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 15-18°, gündüz 24-29° olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Gecə 15-19°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 15-19°, bəzi yerlərdə 21-25° olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB