Azərbaycanlı milyarderin oğlunun sərvəti açıqlandı - 560 milyon dollar!

“Forbes” jurnalı Rusiyanın ən zəngin milyarderlərinin varislərinin reytinqini açıqlayıb. Siyahının ilk pilləsində LUKOIL neft şirkətinin həmtəsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov qərarlaşıb.

Nəşrin məlumatına görə, onun sərvəti 560 milyon dollar dəyərində qiymətləndirilir. Yusif Ələkbərov atasının təsis etdiyi LUKOIL şirkətində pay sahibidir. O, həmçinin metal konstruksiyalar və sənaye avadanlıqları sahəsində fəaliyyət göstərən “Ekto” holdinqinə rəhbərlik edir. Reytinqin ikinci sırasında “Novatek” və “Sibur”un əsas səhmdarı Leonid Mihelsonun qızı Viktoriya Mihelson yer alıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə