Zehni sağlamlığı yaxşılaşdıran iki içki müəyyən edilib...

Təcrübədə qırx iki yetkin iştirak edib...

...Böyük Britaniyadakı Nyukasl Universitetinin alimləri gündəlik meyvə şirəsi və ya smuzi qəbulunun depressiya simptomlarını aradan qaldırmağa kömək etdiyini aşkar ediblər.

SİA xəbər verir ki, tədqiqatın nəticələri Britaniya Qidalanma Jurnalında (BJN) dərc edilib.

Təcrübədə meyvə və tərəvəz qəbulu yetərincə olmayan 42 yetkin iştirak edib.

Bütün könüllülərə qəbul miqdarını gündə tövsiyə olunan beş porsiyaya qədər artırmağa təşviq ediliblər.

Bəzi iştirakçılar həmçinin gündəlik əlavə bir stəkan 100 faiz meyvə şirəsi və ya smuzi içiblər.

Dörd həftədən sonra hər iki qrup daha sağlam qidalanmağa başlayıblar, lakin müntəzəm olaraq şirələr və smuzilər içənlərin depressiya balları xeyli aşağı olub.

Depressiv Simptom Reytinq Şkalasında fərq 2,52 bal olub. Tədqiqatçılar həmçinin içkilərin qan şəkəri səviyyəsinə və ya maddələr mübadiləsinə mənfi təsirini aşkar etməyiblər. Bundan əlavə, iştirakçılar bütün meyvə və tərəvəzlərdən kifayət qədər lif almağa davam ediblər.

Tədqiqatın müəllifləri hesab edirlər ki, hətta sadə pəhriz dəyişiklikləri belə zehni sağlamlığı dəstəkləmək üçün əlverişli bir yol ola bilər.

Alimlər müsbət təsirin meyvənin tərkibindəki vitaminlər, antioksidantlar və sinir sisteminin fəaliyyətinə təsir edən bioaktiv birləşmələrin yüksək tərkibi ilə əlaqəli ola biləcəyini irəli sürürlər.

Alimlərin fikrincə, bu maddələrin müntəzəm istehlakı iltihabı və oksidləşdirici stressi azalda bilər ki, bu da getdikcə depressiyanın inkişafı ilə əlaqələndirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə