“İnklüziv Yaradıcı Sənətlər Festivalı” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib!
Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Beyləqan Rayon İcra Hakimiyyəti,Qəbələ Rayon İcra Hakimiyyəti,Sosial Xidmətlər Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəsmi tərəfdaşlığı, Biz Bir Ailəyik Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin təşkilatçılığı, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Şəki Zaqatala Regional Mədəniyyət İdarəsi , UNEC Dizayn Məktəbi,Beyləqan Niyazi adına Uşaq Musiqi Məktəbi,Qəbələ Peşə Təhsil Mərkəzi,Qəbələ Uşaq İncəsənət Məktəbi, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə həyata keçirilib.
SİA xəbər verir ki, festival iştirakçıları və qonaqlar əvvəlcə ümummilli dəyərlərə ehtiram əlaməti olaraq şəhidlərin və dünyasını dəyişmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Festivalın əsas məqsədi əlilliyi olan şəxslərin yaradıcılıq potensialının üzə çıxarılması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, inklüziv dəyərlərin təşviqi və yaradıcı sənətlər vasitəsilə sosial fəallıqlarının artırılmasına dəstək göstərmək olub.
Tədbirlərdə rəsmi şəxslər, mədəniyyət nümayəndələri və layihə təşkilatçıları çıxış edərək inklüzivliyin cəmiyyət üçün əhəmiyyətindən bəhs edib, bu cür platformaların gənclərin özlərini ifadə etməsi və istedadlarını nümayiş etdirməsi baxımından mühüm rol oynadığını vurğulayıblar. İnklüzivliyin mahiyyətinə toxunaraq bildirib ki, belə platformalar gənclərin kimliyindən və imkanlarından asılı olmayaraq özlərini ifadə etməsinə, yaradıcılıqlarını nümayiş etdirməsinə şərait yaradır. Onlar, yaradıcılığın insanları birləşdirən ən güclü vasitələrdən biri olduğunu vurğulayaraq, musiqi, rəsm və digər sənət növləri vasitəsilə cəmiyyətdə qarşılıqlı anlaşma və qəbulun gücləndiyini qeyd edib, gəncləri daim inanmağa, yaratmağa və öz potensiallarını məhdudlaşdırmamağa çağırıblar..
Festivalın bədii hissəsində musiqi, rəqs və bədii qiraət nömrələri təqdim olunub. Kanon, tar, kamança və saz ifaları, milli və müasir rəqslər, eləcə də gənc istedadların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festival çərçivəsində səhnəyə çıxan hər bir iştirakçı öz istedadı və çıxışı ilə bir daha sübut edib ki, yaradıcılığın və istedadın sərhədi yoxdur. Tədbir boyunca birlik, sevgi və qarşılıqlı anlayışın gücü aydın şəkildə hiss olunub.
Sonda festival iştirakçıları təltif olunub, layihəyə dəstək göstərən tərəfdaşlara təşəkkür bildirilib. Qeyd edilib ki, bu kimi inklüziv layihələr cəmiyyətdə bərabər imkanların təşviqi və sosial inteqrasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB