İcra məmurlarının hüquqlarına dəyişikliklər edildi - yenilık nədir?

İcra məmurlarının hüquqlarına edilən dəyişikliklər təsdiqlənib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Dövlət icra məmurları haqqında" qanuna dəyişiklikləri imzalayıb. Sənəddə qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilib.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə