“Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar Qəbələ rayonu ərazisində ağacəkmə aksiyası davam edir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Qəbələ şəhərinin küçə və parklarında, meydanlarda eləcə də, yol kənarlarında ağacəkmə aksiyalarına aprel ayından start verilib və bu yaşıllaşdırma aksiyaları may ayının sonuna kimi davam etdiriləcək.
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində davam edən ağacəkmə aksiyasının növbəti mərhələsində Qəbələ şəhəri ərazisində 300 ədəd həmişəyaşıl, 500 ədəd çinar və 200 ədəd söyüd ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB