Rusiyanın Tehrandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə çıxışının təşkil edilməsinə göstərilən köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, diplomatik missiyanın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfirliyi İranı tərk edən həmvətənlərinə yardım göstərir, Azərbaycan tərəfi isə sərhədin keçilməsi üçün icazələrin verilməsi ilə bağlı məsələlərə operativ şəkildə baxır. Məlumata görə, hazırda Azərbaycan ərazisi vasitəsilə çıxış üçün siyahılarda təxminən 500 Rusiya vətəndaşı var.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB