Qubada “Xocalı həqiqətləri!” mövzusunda anma mərasimi təşkil olunub

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində 26 fevral - Xocalı Soyqırımı Günü ilə əlaqədar "ASAN Könüllüləri" Təşkilatının Quba regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü və “Səs” Media Qrupun dəstəyi ilə anım tədbiri təşkil olunmuşdur.

Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib.

Sonra ümummilli lider Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtının “Xocalı həqiqətləri!” mövzusunda məruzəsi dinlənilib. Xocalı soyqırımının bəşəri cinayət olduğunu faktlar və siyasi-hüquqimühakimələrlə əsaslandıran məruzəçi faciənin soyqırımı aktı kimi tanıdılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Məruzədə Xocalı soyqırımının törədilməsininsəbəb, məqsəd və amansız nəticələri, bu bəşəri cinayətə ilk dəfə siyasi-hüquqi qiymətin verilməsi, faciənin dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanıdılması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərdən bəhs olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi rəşadəti dövlətçilik tariximizdə böyük təntənə olduğunu ifadə edən S.Şahtaxtı bildirib ki, xalqımızdaZəfər əhvalının əbədiyyətə qədər qorunmasının yeganə yolu elm və təhsildir. Bunla belə, gənclərin qan yaddaşı tarixdə olub keçənləri unutmamalıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva məruzə ətrafında fikir və düşüncələrini bölüşərək Azərbaycan xalqının dövlətçilik tarixinə ekskursiya edib. Çıxışçı diqqətə çatdırıb ki, tarixdə baş verən xoşagəlməz hadisələrin, acıların və faciələrin təkrarlanmaması üçün ondan düzgün nəticə çıxarılmalıdır.

"ASAN xidmət" sisteminin yaranmasını və onun dinamik inkişafını müasir dövlətçilik tariximizdə milli sərvət kimi dəyərləndirən çıxışçılar eyni zamanda könüllülər hərəkatının ümumi mahiyyətini yüksək dəyərləndirib, Azərbaycan xalqının bu sahədə dünya mədəniyyətinə verdiyi böyük töhfələrdən bəhs ediblər. Tədbirin təşkilinə görə, Quba regional "ASAN xidmət" mərkəzinə və "ASAN Könüllüləri" Təşkilatına minnətdarlıq ifadə olunub.

Quba regional "ASAN xidmət" mərkəzinin "ASAN Könüllüləri" Təşkilatının region üzrə nümayəndəsi, aparıcı Gülminə Kamalova çıxışçılara minnətdarlığını ifadə edərək bildirib ki, tədbirin əsas məqsədi Xocalı faciəsinin tarixi həqiqətlərinin gənc nəsiləçatdırılması, qan yaddaşımızın qorunması və vətənpərvərlik ruhunun təbliği olmuşdur. Tədbir çərçivəsində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, faciənin tarixi-siyasi mahiyyəti barədə məlumatlar təqdim olunub.

Sonda araşdırmaçı-yazar Sabir Şahtaxtı kitablarını ASAN könüllülərinə imza ilə hədiyyə etmişdir.

Gülminə Kamalova

Bütün xəbərlər Facebook səhifəmizdə