Mətləb Salahov: “Ləyaqətsiz şəxslərin cəmiyyətə nümunə kimi təqdim edilməsi qətiyyən qəbuledilməzdir”
“Son günlər bir sıra aparıcılar və sosial proqramlarla bağlı yaranan ictimai narazılıq başadüşüləndir. Təəsüf ki, bəzi efirlərdə əxlaqi dəyərlərimiz, milli mentalitetimiz barədə xoşagəlməz vəziyyət yaranıb. “Sosial proqram” adı altında cəmiyyətin zombiləşdirilməsi, əxlaq və mənəviyyat yoxsulu olan şəxslərin bütün günü efirlərə çıxarılıb reklam olunmaları artıq əndazəsini aşıb. Şəxsiyyəti və layiqli həyatı olmayan bir sıra ləyaqətsiz şəxslərin, “müğənnilərin” cəmiyyətə nümunə kimi təqdim edilməsi qətiyyən qəbuledilməzdir”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, yeniyetmə və gənc nəsil hazırkı efir siyasətindən ancaq məyus ola bilər. “Çünki intellektual, maarifləndirici verilişlər əvəzinə yüngül səviyyəli, əxlaqsız müğənni və həyatı bərbad insanların reklamı ilə məşğul olan hazırkı efir siyasəti gənclərə yalnız pis nümunə ola bilər. Telekanal rəsmilərinin əzbərlədikləri bir şüar var: “kütlənin tələbi budur”. O kütlənin tələbəni necə müəyyənləşdirdiniz? Bu cəmiyyətin tələbi qəti ola bilməz. Cəmiyyət aşağı səviyyəli şəxslərin, ərini, uşaqlarını evdə qoyub ona-buna qaçan, çöl-bayırda bic doğan ləçərlərin efirlərdə reklamını istəmir. Bu, sizxin özünüzün milyonlar qazanmaq üçün apardığınız iyrənc siyasətdir. Unutmayaq ki, televiziya cəmiyyətin zövqünü və dünyagörüşünü formalaşdıran böyük silahdır. Bu silahın cılız və əxlaq yoxsulu olan şəxslərin əlində cəmləşməsi bütün cəmiyyəti fəlakətə sürükləyir”.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB