Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” sahəsində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.
SİA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Qeyd olunub ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır.
“Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var. Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir”, - deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB