"Əmək Məcəlləsinin 77.3-cü maddəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Əlövsət Allahverdiyev deyib.

Onun sözlərinə görə, müavinəti əsasən işçinin təqsiri olmadan əmək müqaviləsinə xitam verilən hallarda ödənilir: "Aşağıdakı işçilərə müavinət verilir:
- Müəssisə ləğv ediləndə və ya ştat ixtisarı / işçilərin sayı azaldılanda (ƏM 70 “a” və “b”)
- İşçiyə işdənçıxarma müavinəti verilir və əlavə olaraq müəyyən şərtlərlə 2-ci və 3-cü aylar üçün orta əmək haqqı saxlanıla bilər.
- İş şəraitinin dəyişməsi səbəbilə əmək müqaviləsinə xitam (ƏM 68.2 “c”)
İşçiyə ən azı orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət ödənilir.
Tərəflərdən asılı olmayan hallar (ƏM 74.1 “a” və “c” – məsələn, hərbi/alternativ xidmətə getmə, uzunmüddətli əmək qabiliyyətsizliyi və s.)
İşçiyə ən azı 2 misli miqdarında müavinət ödənilir.
İşçinin vəfatı ilə əlaqədar xitam
Vərəsələrə ən azı 3 misli miqdarında müavinət ödənilir.
Mülkiyyətçinin dəyişməsi ilə bağlı xitam (ƏM 68.2 “ç”)
Müavinət ən azı 3 mis orta aylıq əmək haqqı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB