YAP Səbail rayon təşkilatında "20 Yanvar" hadisəsi ilə bağlı tədbir keçirilib -YENİLƏNİB -FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının Səbail Rayon Təşkilatında "20 Yanvar" hadisəsinin 36-cı il dönümünə həsr olunmuş tədbir baş tutub.

SİA xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, "20 Yanvar İctimai Birliyinin" sədri, 2-ci dərəcəli 20 Yanvar əlili, Sultan Əzimzadə, Azərbaycan Xəzər Dəniz Gəmişiliyi nəznəzdində olan “Şamaxı” gəmisinin kapitanı, Dənizçilərə sosial dəstək ictimai birliyinin sədri, Yazıçılar İttifaqının Üzvü Faiq Balabəyli, 20 yanvar hadisəsinin şahidləri və tələbələr iştirak ediblər. Tədbir həmin dövrü əks etdirən video-çarxın nümayişi ilə başlayıb. Daha sonra isə tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin ruhuna ithafən bir dəqiqəlik sükutkla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirin açılış nitqində YAP Səbail rayon Təşkilatın sədri Muxtar Nağıyev qeyd edib ki, Azərbaycanın müasir ictimai-siyasi tarixi, xüsusilə də 1990-cı illərin əvvəlləri xalqımız üçün ağır, eyni zamanda şərəfli bir mərhələ olub: " Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsinin və müstəqillik əzminin tarixi simvoluna çevrilib və bu hadisələr ictimai-siyasi yaddaşımızda silinməz iz buraxıb. Artıq Azərbaycan məğlubiyyətlə deyil, zəfərlə xatırlanan, süqutla deyil, dirçəlişlə assosiasiya olunan bir dövlətdir. Əminəm ki, hər birimiz razılaşarıq ki, Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində sınaqlardan keçsə də, nəticədə qalib xalq kimi formalaşıb. Bu, təsadüfi deyil – bu, milli iradənin, dövlətçilik ənənəsinin və mübarizə ruhunun nəticəsidir. 1990-cı illərdə meydana çıxan ictimai-siyasi hərəkatlar və partiyalar heç bir maddi təminat olmadan, böyük risklər bahasına azadlıq mübarizəsinə başladılar. Bu proses təkcə bir dövrün siyasi hadisəsi deyil, Azərbaycan xalqının əsrlər boyu daşıdığı azadlıq və müstəqillik arzusunun məntiqi davamı idi. XX əsrin sonunda bu arzu artıq real müstəqil dövlət formasını aldı".

Daha sonra isə tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva qeyd etdi ki, həmin dövr mənim məktəbli olduqum illərə təsadüf edirdi. Həmin illəri xatırlayıram. Ölkədə xaos dönəmi idi. Hər kəs azadlıq uğrunda meydanlara axın edirdi. Lakin sovet ordusu 1990-cı ilin yanvarın 19-undan 20-sinə keçən gecə öz ordusu ilə, tankları ilə Bakıya daxil oldu və günahsız insanlarımızı öldürdülər. Lakin artıq bu gün biz güclü bir xalqın, güclü bir dövlətin vətəndaşlarıyıq. Bununlada qürur duyuruq".

Tədbirdə növbəti çıxışda Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova bildirdi ki, həmin dövr çox çətin bir dövr idi. Bizim uşaqlıq və gənclik illərimizə təsadüf edən bu dövrdə xalq artıq azadlıqını istəyir və 70 il əsarət altında yaşamaqdan qurtulmaq istəyirdi. Həmin dövrdə xalqın ümummilli lideri Heydər Əliyev 20 yanvar hadisələrindən sonra Azərbaycanın Moskovadakı nümayəndəliyindəki çıxışı, xalqı birlik və bərabər olmağa çağırışı xalqı birlikdə olmağa təşviq etdi. Daha sonra o ölkəyə qayıtdı və Naxçıvanda fəaliyyətinə davam edərək və bir müddət keçdikdən sonra xalqın inamı ilə, dəstəyi ilə hakimiyyətə gəldi və Azərbaycanı bu xaosdan xilas etdi".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə