DİQQƏT: Sabah yenidən Qar yağacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

“Martın 20-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir”. Bunu SİA-ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Qurum rəsmisi bildirib ki, ayrı-ayrı yerlərdə yağmurun intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək: “Havanın maksimal tempraturu 9-10 dərəcə isti olacaq. Bölgələrdə də arabir yağıntılı hava şəraiti davam edəcək. Şimşək çaxacaq, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi bəzi ərazilərdə isə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın maksimal tempuraturu aran rayonlarında 9-14, dağlıq ərazilərdə isə 2-6 dərəcə isti olacaq”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə