“Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən 2024-cü il ərzində aparılmış monitorinqlər nəticəsində “Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələbləri pozulduğuna görə təkcə Bakı şəhərində açıq məkanda 694 reklamın yayımı dayandırılmışdır. Ümumilikdə isə qanunvericiliyin tələbləri pozulduğuna görə ötən il paytaxtda açıq məkandakı 17126 reklamın yayımının qarşısı alınmışdır. Montorinqlər Agentlik tərəfindən mütəmadi olaraq aparılır”. Bu sözləri SİA-ya açıqlamasında ADRA-nın mətbuat katibi Hüseyn Azəri bildirib.
O bildirib ki, Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 4.7-ci maddəsinin, həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 7-ci maddəsinin müddəalarına görə reklamda dövlət dilinin tələblərinə riayət edilməlidir: “Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı digər dillərdən də istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. Həmçinin, qanunvericiliyə əsasən sahibkarların bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ vardır ki, xarici dildə ada malik olan (belə adla müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış) ticarət və xidmət obyektləri həmin hüquqlarından istifadə edirlər.
Qanunvericiliyə əsasən sahibkarlar açıq məkanda reklam yerləşdirməzdən əvvəl Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən (ADRA) icazə almalıdırlar. Monitorinqlər göstərir ki, açıq məkanda icazə sənədləri olmadan yayımlanan reklamlar bəzi hallarda təhlükəsiz istismar üçün yararlı olmur, yerləşdiyi ərazinin estetik görünüşünə xələl gətirir, müşahidə kameraları üçün məhdudiyyətlər, yol hərəkəti iştirakçıları üçün isə təhlükə yaradır, eyni zamanda dil normalarının pozulmasına gətirib çıxarır.
Bu pozuntular müvafiq xəbərdarlıqlara baxmayaraq aradan qaldırılmadıqda sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur”.
Eyni zamanda mövzu ilə bağlı AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunda Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov da öz münasibətini bildirib:
Reklam lövhələrində əcnəbi adların istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun və “Reklam haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənizmlənir.
Ümumi çıxarışa əsaslanaraq demək olar ki, reklam mətnlərində dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin bu halda, xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın ümumi sahəsinin üçdə birindən çox olmamalıdır.
Əmtəə nişanları və coğrafi göstəricilər isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir. Bu tələblərə əməl edilmədən reklam lövhələrində əcnəbi adların istifadəsi qanun pozuntusu hesab edilir.
Mövzu ilə bağlı Marketinq və İctimaiyyətlə əlaqələr üzrə konsultant Səfər Aslanovun da fikirlərini diqqətinizə çatdırıram:
“Reklam lövhələrində əcnəbi adların istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun və “Reklam haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənizmlənir.
Ümumi çıxarışa əsaslanaraq demək olar ki, reklam mətnlərində dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin bu halda, xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın ümumi sahəsinin üçdə birindən çox olmamalıdır.
Əmtəə nişanları və coğrafi göstəricilər isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir. Bu tələblərə əməl edilmədən reklam lövhələrində əcnəbi adların istifadəsi qanun pozuntusu hesab edilir”.
Müəllif: Həmid Əhədli
Bütün xəbərlər Facebook səhifəmizdə