Himayədar ailə modeli ilə bağlı qanunvericilikdə hansı tənzimləmələr olub? - MİLLƏT VƏKİLİ AÇIQLADI
"Azərbaycan Respublikasının milli məclisi bundan bir müddət əvvəl himayədar ailə modeli ilə bağlı qanunvericilikdə müəyyən əlavələr etdi. Düşünürəm ki, bu gün yardıma ehtiyacı olan kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqların tam ailə ortamında böyüməsinə şərait yaradan çox humanist bir qanundur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bilirik ki, bu gün hər bir uşaq dövlətin diqqətinə, qayğısı ilə əhatə olunub. Xüsusi ilə də yardıma ehtiyyacı olan uşaqlarımızın hər biri dövlət tərəfindən, şəxsən cənab Prezidentimiz İlham Əliyev tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən çox böyük diqqətdə saxlayırlar. Onu deməliyəm ki, uşaqların valideyn çatışmamazlığı hiss edilməməsi üçün dövlət əlindən gələni edir. Lakin uşaqların ailə şəraitində böyüməsi üçün, həm psixoloji baxımdan, həm pedoqoji baxımdan, mənəvi baxımdan əlbəttə ki, daha effektivdir. Bu məsələnin də üzərində düşünən dövlətimiz, qanunvericilikdə müəyyən əlavələr, dəyişikliklər edib. Bəli artıq uşaqlar himayədar ailələrə verilə bilirlər. Lakin bunun üçün də, əlbəttə ki, qanunlar gərəyi müəyyən məhdudiyyətlər qoyulub. Lakin həmin uşaqları övladlığa götürənlər və yaxud onlara himayədarlıq edəcək ailələr, şəxslərin hər biri qanunun tələb etdiyi şəkildə qanunlara uymalıdırlar. Onların bu uşaqlara həqiqətəndə tam şəkildə baxa bilməsi, onların fiziki baxımdan, mənəvi baxımdan, maddi baxımdan tələblərə cavab verməsi əlbəttə ki, çox əhəmiyyətlidir. Dövlət əlbəttə bu himayədar ailələrə müəyyən vəsaitdə ödəyir. Bu vəsaitlərin sui-istifadə edilməməsinin hallarının qarşısını alınması üçündə əlbəttə ki, qanun müəyyən məhdudiyyətləri nəzərdə tutub. Bizim tərəfimizdən də, müəyyən təkliflər irəli sürüldü . Dövlətin uşaqlar üçün ayırdığı müəyyən vəsaitin məhz uşaqlara xərclənməsi, uşaqların gələcəyə təminatı olması üçün bir qarantiyanın olması vacibdir ki, bunuda sahə qanunları və qanunvericiliyin digər halları bu məsələləri tənzimləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə