Xəstələnmək qorxusundan necə xilas ola bilərik? - PSİXOLOQ FİKRİ

"Bəzi insanlar, fizioloji bir səbəb olmadan, xəstə olduğuna inanır və bu səbəbdən tez-tez həkimə müraciət edirlər. Davamlı şəkildə xəstəlikdən şübhə hiss edən bu şəxslər, həkimlər tərəfindən müayinə edildikdən sonra nəticəyə inanmır və ya ona etiraz edə bilirlər. Xəstəlik xəstəliyi pozuntusundan əziyyət çəkən insanlar ciddi bir xəstəliyə tutulma ehtimalını digər insanlardan daha yüksək şəkildə dəyərləndirirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ayşən Bayramova deyib.

Onun sözlərinə görə, bu pozuntudan əziyyət çəkən insanların funksionallığı pozulur və həyat keyfiyyətləri aşağı düşür: "Ailəsində xəstə olan şəxs, eləcə də belə bir risk varsa bu mövzuda həddindən artıq və davamlı şəkildə düşünürlər. Həmçinin, həmin şəxs sağlamlığıyla bağlı asanlıqla qorxuya qapılır, yüksək səviyyədə təşviş və narahatlıq hiss edir".

Psixoloq diqqətə çatdırıb ki, xəstəlik xəstəliyinin müalicəsində psixoterapiya və dərman müalicəsi birlikdə tətbiq edilməkdədir: "Doğru verilən psixotəlim də önəmlidir ki, bu şəkildə şəxs xəstəliklər və bədəni haqqında doğru məlumatları əldə etmiş olur. Başqası xəstələndiyi halda özünün də xəstələnəcəyi ilə bağlı narahatedici düşüncələrin meydana gəlməsi obsessiv-kompulsiv pozuntuda rast gəlinən bir haldır. Bu tərz obsessiv düşüncələr şəxsi narahat edir və düşüncələri sakitləşdirmək üçün tez-tez əl yuma, dezenfeksiya etmə kimi kompulsiv davranışlar həyata keçirə bilirlər. Bəzən şəxslərin xəstələnəcəkləriylə bağlı yüksək təşvişi, onların psixosomatik olaraq həmin simptomları hiss etmələrinə də səbəb ola bilir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə