Liviyada münaqişələrin ardı-arası kəsilmir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Paytaxt Tripolinin 50 kilometrliyində olan və 2 həftə qiyamçıların nəzarətində olan Əd-Zaviyə şəhəri bir neçə gün aparılan döyüşlərdən sonra hökumət qüvvələrinin nəzarətinə keçib. Hazırda şəhərə nəzarəti Qəzzafi tərəfdarları həyata keçirir. Şəhər ağır artileriyadan istifadə edilməklə aparılmış döyüşlər nəticəsində xarabalığı xatırladır.
Eyni zamanda Avropa Birliyi (AB) prezidenti Herman van Rompey Liviyada baş verən son hadisələrlə bağlı bəyanatla çıxış edib: "Biz Liviyanın Müəmmar Qəzzafi rejimini tərəfdaşı saymırıq və qiyamçıları ölkənin yeni hökuməti kimi tanıyırıq". H.Rompey bildirib ki, AB artıq Liviyada müxalifətin formalaşdırdığı Milli Şuranı özünün qanuni tərəfdaşı sayır: "Hakimiyyət azadlıq tələb edən xalqa qarşı çıxıb. Münaqişənin bir adı var: Qəzzafi getməlidir. AB yekdilliklə bu qərarı dəstəkləyir. Biz Liviyanın hazırki rejiminin getməsi üçün təzyiqləri artırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB