Göygöldə sahibkarların sayı artır

Göygöldə sahibkarların sayı artır

Göygöl rayonunda sahibkarlıqla məşğul olan şəxslərin sayı artır. Rayon İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hazırda Göygöldə 469, hüquqi, 1254 fiziki şəxs sahibkar kimi fəaliyyət göstərir. Rayonda 82 kollektiv kəndli fermer təsərrüfatı, 54 məhdud məsuliyyətli cəmiyyət, 197 kiçik müəssisə və 7 səhmdar cəmiyyət var.

Ötən ilin statistik rəqəmlərinə görə ümumdaxili məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi respublika üzrə 81,7% olduğu halda rayon üzrə 61,7 təşkil edib.

Son bir ildə Göygöldə çalışan iş adamlarına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 465 min manat dəyərində güzəştli kredit verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə