Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Azərbaycana səfər edəcək

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri gözlənilir. Avropa İtiffaqının Bakı ofisindən SİA-ya verilən xəbərə görə, səfər 13-14 yanvar tarixlərinə planlaşdırılır.

 

Joze Manuel Barrozo Bakıda Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşəcək. Səfərin əsas məqsədi Azərbaycanla Avropa İttifaqının energetika sahəsində münasibətləri müzakirə etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə