Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri gözlənilir. Avropa İtiffaqının Bakı ofisindən SİA-ya verilən xəbərə görə, səfər 13-14 yanvar tarixlərinə planlaşdırılır.
Joze Manuel Barrozo Bakıda Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşəcək. Səfərin əsas məqsədi Azərbaycanla Avropa İttifaqının energetika sahəsində münasibətləri müzakirə etməkdir.