Türkiyənin Gəncədəki konsulu KİV nümayəndələri ilə görüşüb

Türkiyənin Gəncədəki konsulu KİV nümayəndələri ilə görüşüb

9 Noyabr- Dövlət Bayrağı günü münasibəti ilə televizya və informasiya agentliklərinin Gəncə şəhərində fəaliyyət göstərən bölgə üzrə əməkdaşları ilə görüş keçirilib.

SİA-nın qərb bürosu xəbər verir ki, tədbirdə Türkiyənin Gəncədəki konsulu Haluk Ağcada iştirak edib. Görüşdə mətbuat işçilərinin cəmiyyətdəki rolundan ətraflı söhbət açılıb. Bölgədə fəaliyyət göstərən jurnalistlərin peşə fəaliyyətləri yüksək qiymətləndirilib.

"Sizinlə birlikdə olmaqdan çox məmnunam. Mətbuat nümayəndələri, jurnalistlər ictimaiyyətin səsi, vicdanı və cəmiyyət üçün çalışan insanlardır. Bu yolda sizlərə uğurlar arzulayıram", H. Ağca deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə