"Azərbaycan hər zaman müsəlman ölkələri ilə əlaqələrin inkişafına və güclənməsinə böyük önəm verir. Yəni, biz hər zaman müsəlman həmrəyliyi prinsipi ilə çıxış edən bir dövlət olmuşuq. Azərbaycan hər zaman Çeçenistanla əlaqələrin inkişafına xüsusi diqqət yetirib". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bizim əlaqələrimiz hər zaman bu istiqamətdə inkişaf edir:
"Biz qonşuyuq. Hər iki ölkəni ortaq mədəniyyət, ortaq dəyərlər və ortaq ənənələr birləşdirir. Biz bu əlaqələri daha da gücləndirmək, daha da möhkəmləndirmək və daha da irəli aparmaq istəyirik. Ölkələrimizi daha da gücləndirmək istəyirik. Çünki bu gün dünyada baş verən proseslər və hadisələr bunu göstərir.
O baxımdan, Çeçenistan rəhbərinin Azərbaycana səfəri əlaqələrimizin, ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafı və daha da irəli getməsi baxımından çox önəmlidir. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, çeçen xalqı bizim qardaşımızdır.
Müharibə dövründə də Azərbaycan bu münasibətləri nümayiş etdirib. Bu, qardaşlığın əsl nümunəsini göstərir və Azərbaycan bu istiqamətdə öz rolunu oynayır. Bu gün də, gələcəkdə də oynayacaq.
Hər iki ölkə çalışır ki, münasibətlərimiz və həyatımızın bütün sahələrində əməkdaşlığımız daha da inkişaf etsin, daha yüksək nəticələr əldə olunsun və birlikdən yeni nailiyyətlər doğsun".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB