“Prezidentin sərəncamı rəqəmsal dövrə uyğun effektiv modeli göstərir” - DEPUTAT DANIŞDI
“Son zamanlarda müasir qlobal dünyada azyaşlıların internetdən və sosial şəbəkələrdən izafi və ifrat istifadəsi və asılılığı ilə bağlı hallar, bu vəziyyətlə mübarizə üçün tədbirlər görülməsini zəruri etməkdədir”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Jalə Əliyeva bildirib.
Onun sözlərinə görə,
Azərbaycanda dövlət səviyyəsində azyaşlıların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması istiqamətində zəruri addımlar atılması, o cümlədən cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə müəyyən sərəncamların imzalanması məsələnin aktuallığını daha da artırır:
“Sosial şəbəkələr müasir dövrdə informasiya mübadiləsinin, ünsiyyətin və özünüifadənin mühüm vasitəsinə çevrilsə də, azyaşlılar üçün bu platformaların psixoloji təsirlər, asılılıq və diqqət dağınıqlığı, depressiya və sosial müqayisə sindromu, kiberbullinq və psixoloji travma, etkən yaşda aqressiv və qeyri-etik kontentlə qarşılaşma kimibə bir sıra riskləri mövcuddur.
Araşdırmalar göstərir ki, sosial şəbəkələrdə uzun müddət vaxt keçirən uşaqlarda özünə inamın azalması, emosional gərginlik və sosial təcrid halları daha çox müşahidə olunur. Xüsusilə erkən yaşda formalaşan virtual həyat tərzi real sosial münasibətlərin zəifləməsinə səbəb ola bilər.
İntetnet məkanından asılılıq ailə və məktəb münasibətlərinin zəifləməsinə, real ünsiyyət bacarıqlarının azalmasına, dəyərlər sistemində dəyişikliklərə səbəb olur.
Sosial şəbəkələrdə qeyri-sağlam həyat tərzinin təbliği faktorları azyaşlıların sosiallaşma prosesinə mənfi təsir göstərərək onların cəmiyyətə inteqrasiyasını çətinləşdirə bilər. Sosial şəbəkələrdə yayılan müxtəlif ideoloji, mədəni və qeyri-etik məzmunlar milli-mənəvi dəyərlərin formalaşmasına təsir edir. Azyaşlıların filtrsiz informasiya mühitinə daxil olması onların dünyagörüşündə xaotik və ziddiyyətli təsəvvürlərin yaranmasına gətirib çıxara bilər.
Bu gün məhdudiyyətlərin tətbiqi gündəmdədir. Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiqi psixoloji sağlamlığın qorunması, təhsil və oxu vərdişlərinin gücləndirilməsi, real sosial münasibətlərin inkişafı, kiber təhlükələrdən müdafiə, milli-mənəvi dəyərlərin qorunması kimi bir sıra müsbət nəticələri əhatə edir.
Lakin tam məhdudlaşdırma da müəyyən risklər yarada bilər. Belə ki, biz bu gün elektron bir mühitdə, texnika və texnologiyaların durmadan sürətlə təkmilləşdiyi bir dövrdə yaşayırıq. Tam məhdudlaşdırma rəqəmsal savadlılığın zəifləməsi, informasiya texnologiyalarına adaptasiyanın gecikməsi,
qadağaların gizli istifadəni artırması, qlobal informasiya mühitindən təcrid kimi hallara da yol aça biıər. Buna görə də, məhdudiyətlərə sadəcə inzibati deyil, elmi-nəzəri baxımdan akademik bir yanaşma olmalıdır.
Unutmayaq ki, müasir dövrdə sosial şəbəkələr yalnız əyləncə vasitəsi deyil, həm də təhsil, innovasiya və kommunikasiya platformasıdır. Bu səbəbdən balanslı və tənzimlənmiş model daha effektiv ola bilər.
Yəni əsas məqsəd qadağa deyil, təhlükəsiz və sağlam rəqəmsal mühitin formalaşdırılmasıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamıyla bu sahədə atılan effektiv addımlar göstərir ki, ölkəmizdə rəqəmsal dövrün yeni çağırışlarına uyğun olan və qoruma, maarifləndirmə, nəzarət, rəqəmsal savadlılıq kimi amilləri əhatə edən ən optimal model həyata keçiriləcəkdir.
Bu yanaşma həm uşaqların psixoloji və mənəvi inkişafını qoruyacaq, həm də onları gələcəyin rəqəmsal dünyasına sağlam və təhlükəsiz şəkildə hazırlayacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB