"ABŞ-ın xarici siyasət prioritetləri Trampın gəlişindən sonra dəyişməyə başladı" - ŞƏRH EDİLDİ
"ABŞ-ın xarici siyasət prioritetləri Donald Trampın gəlişindən sonra dəyişməyə başladı. Bu dəyişiklik həm Azərbaycana, həm də ümumilikdə Cənubi Qafqaza münasibətdə özünü göstərdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşlərdə qəbul edilən və razılaşdırılan məsələlər bunu aydın şəkildə göstərdi: "ABŞ həmin görüşlərdə Azərbaycan ilə Ermənistan arasında təşəbbüskar rol oynadı. Bu, Co Bayden administrasiyası dövründə vəziyyətin daha passiv olmasına müqayisədə fərqlidir. Çünki Biden dövründə ABŞ Azərbaycana qarşı ikili standartlara əsaslanan mövqe nümayiş etdirirdi. Eyni zamanda, Ukraynadakı müharibə, regiona yaxın dövlətlərdəki vəziyyət və İranla gərginlik ABŞ-ın diqqətini Cənubi Qafqaz məsələlərinə də yönəltdi. Azərbaycanın artan nüfuzu və qalib ölkə kimi mövqeyi də ABŞ-ın maraqlarını artıran faktorlardan biridir.
Cənubi Qafqaz ABŞ üçün hər zaman geostrateji prioritet olub. Regiondakı enerji və transit dəhlizləri, eləcə də Rusiyanın təsirinin məhdudlaşdırılması istiqamətində atılan addımlar bunu göstərir. ABŞ, həmçinin İran və Rusiyanın regiondakı təsirini azaltmaq üçün səy göstərir. Bu baxımdan, Amerikanın Cənubi Qafqaz siyasəti balanslıdır və regiondakı ölkələrlə əlaqələri tənzimləməyə yönəlib. ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığı daim gücləndirməsi buna nümunədir.
ABŞ-ın Cənubi Qafqaz siyasəti zaman-zaman dəyişkən olub və gələcəkdə də müxtəlif formalarda dəyişə bilər. Xüsusilə strateji əməkdaşlıq sahəsində ABŞ maraq göstərir. Bu isə Azərbaycanın ABŞ ilə əlaqələrini gücləndirə biləcək mühüm faktorlardandır. Eyni zamanda, Rusiyanın təsirinin azaldılması və Azərbaycanın strateji əhəmiyyətinin artması ABŞ-ın Cənubi Qafqaza marağını daha da artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB