Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və pakistanlı həmkarı İshaq Dar arasında telefon danışığı baş tutub.

SİA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Hər iki diplomat Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığı bir daha təsdiqləyərək, əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılan müştərək addımlardan məmnunluq ifadə ediblər.

Həmçinin, Azərbaycan və Pakistan XİN rəhbərləri BMT və İƏT çərçivəsində iki ölkənin aktiv əməkdaşlığından da razılıqlarını dilə gətiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə