Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq. SİA-nın Moskva müxbiri TASS-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən görüşün keçiriləcəyi “The Ritz-Carlton” otelinin binasını tərk etməyi xahiş ediblər.
Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.
ABŞ nümayəndə heyətinə isə Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun və milli təhlükəsizlik müşaviri Mayk Uoltsun köməkçiləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə