"Ermənistanın Azərbaycana qarşı təxribatları sülh müqaviləsinin imzalanması ilə başa çata bilər". Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.
O bildirib ki, hazırda münasibətlərin qaydasına düşməyini düşünmürəm: "Çünki indiki halda vəziyyət çox gərgindir və münasibətlərin qaydaya qoyulması məsələsindən söhbət getmir. Ermənistanın Azərbaycana qarşı təxribatlarının arxasında duran bir neçə səbəb var: Birincisi, Ermənistan daxilində çox ciddi qruplaşmalar var. Bu da Ermənistan mərkəzi hakimiyyəti ilə Azərbaycan arasında münasibətlərə təsir göstərən çox ciddi amillər kimi qələmə verilir. İkincisi, münasibətlərin tənzimlənməsi üçün atılan addımlarda Ermənistan daxilindəki qrupların dirənişli olmasıdır ki, bu da prosesi pozur. Üçüncüsü, Ermənistan mərkəzi hakimiyyətinin özünün sülh istəyinin olmaması məsələsidir.
Ermənistan tərəfi Azərbaycanın qarşıya qoyduğu tələbləri qarşılamaq istəmir. Guya “ehtiyat” edir. Sifarişli şəkildə ordu daxilində bəzi qrupları təxribata sövq etməklə, Ermənistan sərhədində məsələni böyütmək istəyir. Məlumata əsasən, həmin ərazilərdə Avropa İttifaqının Mülki Missiyası fəaliyyət göstərir. Aİ Mülki Missiyasını da bu işə alət edib, Azərbaycana qarşı anti-Azərbaycan cəbhəsini formalaşdırmaq istəyir. Əslində burada səbəblər çoxdur, amma hər vəziyyətdə baş verən hadisələr xoşagələn hal deyil. Bu münasibətlərin tənzimlənməsi sülh müqaviləsinin imzalanması və Ermənistanın sağlam mövqe nümayiş etdirilməsi ilə başa çata bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə