"Fransa hər bir mənada anti-Azərbaycan mövqelərini təbliğ edir” - ŞƏRH EDİLDİ

“Avropa İttifaqı və ya Fransanın Ermənistanı silahlandırması bölgədəki qüvvələr nisbətinə təsir etməyəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistan nə qədər silahlansa da Azərbaycanın silahlı ordusu Ermənistandan 10 dəfə güclüdür: “İstənilən halda müharibə baş versə Azərbaycan yenə də Ermənistana öz sözünü deyəcək. Bunun nəticəsində də Ermənistan məğlub olacaq. Avropa İttifaqının və Fransanın bu siyasəti Azərbaycanla münasibətlərə də təsir edir. Təəssüflər olsun ki, bunu Parisdə və Brüsseldə anlamırlar. Halbuki Avropa İttifaqı Azərbaycanla sözdə əməkdaşlığa maraqlıdır. Qaz nəql edirik, yaşıl enerjinin nəqli sahəsində məsələ intensivləşir. Bu baxımdan Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlı olmalıdır. Ermənistanın hərbisinə maliyyə ayırması Cənubi Qafqazda Avropa İtifaqının mövqeyini zəiflədəcək. Təbii ki, buna görə də Avropa İttifaqı öz səhvini anlayacaq. Fransaya isə bu aid deyil. Çünki Fransa hər bir mənada anti-Azərbaycan mövqelərini təbliğ edir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə