"Azərbaycan və Cənubi Qafqaz ayrıca müzakirə predmeti idi" - ŞƏRH EDİLDİ

"XII Qlobal Bakı Forumu sistem təhlükəsizliyinə bərabər tutulan təhlükəsizlik konfransıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu konfrans artıq 12-ci dəfədir keçirilir və artıq ənənə halını alıb: "Bu yeni dünya nizamı, dünyanın gələcəyi, dünyanın aktual problemlərinin müzakirə edilməsi ilə bağlı “beyin fırtınası” hadisəsidir. Bu forum təcrübəli siyasətçilər, fəaliyyətdə olan və olmayan dövlət və hökumət başçıları, eyni zamanda dünyanın aparıcı analitik düşüncə mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilir. Nəticə etibarilə, hər kəs başa düşür ki, dünya siyasəti beynəlxalq münasibətlər sistemində yeni tarixi mərhələyə qədəm qoymaqdadır. Bu mərhələ dünyanın gələcək nizamını təyin edəcək. Ona görə də dünyada yeni işlərin sürətləndirilməsi, yeni təhlükəsizlik arxitekturasının inşa edilməsi, eyni zamanda iflasa uğramış beynəlxalq təşkilatların yerinin bu və digər institutlarla əvəz edilməsi zərurəti yaranır. Bütün bunlar XII Qlobal Bakı Forumunda müzakirə olunan əsas məsələlərdir".

O bildirib ki, bütün bunlarla yanaşı, Azərbaycan və Cənubi Qafqaz ayrıca müzakirə predmeti idi: "XII Qlobal Bakı Formunda regionumuzun gələcəyi ilə bağlı səsləndirilən fikirlər də dünya siyasətinin bir parçası olan Cənubi Qafqaz geostratergiyasında inşa edilməli olan sülhdən, əməkdaşlıqdan bəhs edirdi. Bu Beynəlxalq konfransın keçirilməsi, Cənubi Qafqaz və Yaxın Şərqlə bağlı düşüncə “alış-verişinin” edilməsi, ideya və fikirlərin aparılması şübhəsiz ki, dünyanın yeni nizamının formalaşmasında mühüm istiqamətlərdə mühüm paradiqmalar həyata keçirir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə