“Yaxın zamanlarda bizim Suriyanın xarici işlər naziri ilə telefon danışığımız nəzərdə tutulub”. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında qeyd edib.
O bildirib ki, bu danışıq nəticəsində bir sıra məsələləri müzakirə edəcəyik: “Biz Suriyanın suverenliyinin, ərazi bütövlüyünün və onun inkişafını dəstəkləyirik. İkitərəfli əsaslarla beynəlxalq münasibətlərdə Suriyanın beynəlxalq münasibətlərinin tam hüquqlu aktora çevrilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Suriyada, İraqda və digər münaqişə ərazilərində çətin vəziyyətə düşmüş Azərbayca Respublikası vətəndaşları və ailə üzvləri var: “Bununla əlaqədar olaraq cənab Prezident İlham Əliyevin tapşırığına əsasən qurumlararası daim fəaliyyət göstərən komissiya mövcuddur. Digər əməkdaşlıq etdiyimiz təşkilatlarla birlikdə həm Suriyada, həm də digər ərazilərdə bu işlər davam etdirilir. İndiyədək yüzlərlə adın və uşaqın tapılması eyni zamanda ölkəmizə qaytarılması fəaliyyəti həyata keçirilib. Son azərbaycanlını ölkəyə gətirənədək bu istiqamətdəki işlərimiz davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə