“Qərb ölkələri Rusiya-Ukrayna müharibəsinə dəstək oldu” - Mövlud Çavuşoğlu danışdı

“Böhranların təxminən 60 faizi miqrantların axını və s. bizim ətrafımızda baş verir”. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “XII Qlobal Bakı Forumu”da deyib.

Nazir vurğulayıb ki, bütün böhranlar Türkiyənin iqtsiyadiyyatına, siyasətinə təsir edir: “Biz əlimizdən gələni etmişik ki, Rusiya və Ukrayna nazirlərini Antalyada görüşdürək. Daim deyirik ki, müharibəni dayandıraq. Ancaq Qərb ölkələri buna dəstək olmadılar. Həmin dövrdə ABŞ Ukraynaya dəstək oldu. Biz çalışırdıq ki, Bosfor körfəzi üzərindən bunu dayandıraq. Rusiyanın silahlarının daşınmasına qadağan qoyduq. Ancaq nəticədə heçnə alınmadı. Biz taxıl danışması, hərbi əsrlərin dəyişməsinə kömık olduq. Suriyada da vəziyyət dəyişib. Xoşdur ki, regional və qlobal aktorlar onlara kömək edirlər. Çalışırıq ki, yeni hökümətin cəhdləri uçurma getməsin”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə