"Ağ Evin Ukrayna üzərində ciddi basqılaır var" - MÖVQE BİLDİRİLDİ

"Tramp-Zelenski görüşü barədə belə qənaətə gəlmək olar ki, ABŞ-ın mövcud hakimiyyəti yəni Tramp administrasiyası Ukraynaya birbaşa olaraq belə mesaj verir ki, müharibəni bitirmək lazımdır". Bunu SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynaya əraziləri itirsə belə bunu uzun müddət davam etdirə bilməyəcəyi mesajını verdi: "Tramp Ukrayna ilə resusların bölünməsini həyata keçirməyə çalışır. Bu da görüşdə öz əksini tapdı. Təbii ki, bununla verilən pulların hesabladığını göstərmiş oldu. Tramp hakimiyyətə gəlmədən öncə belə hansı proseslərin necə gedəcəyini bildirmişdi. Aşağı-yuxarı bu məsələ ilə bağlı vəziyyəti bildirmişdi ki, müharibəni dayandıracam. Amma bir çoxları onu ciddiyə almadı. Hadisələrin gedişi onu göstərir ki, ABŞ Ukraynaya yardımı dayandırmaqla bunu göstərmiş oldu".

Politoloqun sözlərinə görə, Tramp açıq şəkildə bildirib ki, Ukrayna ABŞ-ın verilən pullarına baxır: "Nə qədər də qeyd etsə ki, mən günahsız insanların qırılmasını istəmirəm lakin arxa planda bu resusların istənilməsi ABŞ-ın resusları əldən verməməsi ilə əlaqədardır. Bunun arxasında duran əsas səbəb Rusiyanın sanksiyalarıdır. Hamısı Tramp Zelenski görüşündə müzakirəyə çıxarılan məsələlərin içərisində idi. Nəzərə almaq lazımdır ki, yaxın günlərdə Zelenski ilə resuslar məsələsi ilə bağlı müqavilə imzalanacaq. Bu o deməkdiri ki, Ağ Evin Ukrayna üzərində ciddi basqıları var. Hətta Ukrayna ərazisini itirsə belə resuslarını ABŞ-a güzəştə getməli və müharibəni dayandıracaq. Burada Avropa İttifaqı ölkələri belə arxa planda qalmış olurlar".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə