“Bununla bağlı təqvim planı təqdim edilib” - Komissiya üzvü AÇIQLADI
“Bu gün ölkəmizdə 685-ci bələdiyyə seçikiləri baş tutur”. Bunu SİA-ya Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev deyib.
O bildirib ki, əvvəllər bələdiyyələrin sayı çox idi: “Lakin daha sonra bu bələdiyyələr birləşdi, ilk dəfə olaraq bu sayda təşkil olunur. Bununla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı qərarı qəbul etdikdən sonra Təqvim Planı təqdim etmişdir. Yerlərdə istər siyasi partiyalar, istər 18 yaşı tamam olmuş vətəndaş öz namizədliyini irəli sürüb. Təkcə bu faktı göstərmək lazımdır ki, qeydiyyat vərəqəsi alan namizədlərin 99,7 faizi hamısı vərəqələrini qaytarıb. Bu bir daha onu göstərir ki, MSK tərəfindən namizədlərini irəli sürən şəxslərə hər cür şərait yaradılıb ki, onlar imzalarını toplayaraq vərəqləri geri gətiriblər. Hazırda 6 min 94 nəfər seçkilərdə iştirak edir. Onlar 8 min 71 yerə bələdiyyə üzvü seçiləcək. Ona görə bu gün yaradılmış yerlərdə şərait çox şəffaf və təmizdir”.
Qeyd edək ki, seçki ilə əlaqədar olaraq ölkədə qeyri-iş günü kimi təsbit edilib.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə