Taliban" nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycanda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək. SİA xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxiyə istinadla məlumat yayıb. "Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq" , - Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konfransın əsas mövzuları enerji sahəsində texnoloji innovasiyalar və yeni nəsillər üçün təhsil, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin təşəbbüslərinin dəstəklənməsi, eləcə də ədalətli enerji keçidi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə