"Taliban" rəsmiləri ilk dəfə Bakıya gəlirlər

10 Noyabr 2024 05:50 (UTC+04:00)

Taliban" nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycanda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək. SİA xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahar Bəlxiyə istinadla məlumat yayıb. "Əfqanıstan hökumətinin nümayəndə heyəti Bakıda olacaq" , - Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Konfransın əsas mövzuları enerji sahəsində texnoloji innovasiyalar və yeni nəsillər üçün təhsil, iqlim dəyişikliyi ilə mübarizədə gənclərin təşəbbüslərinin dəstəklənməsi, eləcə də ədalətli enerji keçidi olacaq.