Fikir, söz və məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi diqqət mərkəzindədir - TƏHLİL
Cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunu fikir, söz və məlumat azadlığının olması təsdiq edir. Fikir, söz və məlumat azadlığının sivil cəmiyyətin atributu sayılması da bu baxımdan heç də təsadüfi deyil. Müasir cəmiyyətin formalaşmasında bu azadlıqların müstəsna rolunun olması da təkzibedilməzdir. Ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin diqqət mərkəzində olması da bu baxımdan başadüşüləndir və bu, cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.
Ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycanın həmin dövrdə olan səriştəsiz AXC-Müsavat hakimiyyəti demokratiyadan, fikir, söz, mətbuat azadlığından, plüralizmdən dəm vursa da, bunların heç biri müşahidə edilmirdi. Əksinə, həmin dövrdə müstəqilliyini yenicə bərpa edən ölkəmizdə ancaq xaos, qarmaqarışıqlıq, hərcmərclik hökm sürürdü ki, belə bir məqamda vətəndaşlarımızın hüquq və azadlıqları, eləcə də demokratik mexanizmlər o zamankı hakimiyyətin heç yadına da düşmürdü. Ancaq quru vədlər verən həmin o dövrün səriştəsiz hakimiyyətinin apardığı doğru olmayan siyasət cəmiyyətimizin parçalanmasına gətirib çıxarırdı və artıq Azərbaycan vətəndaş müharibəsi astanasında idi. İdarə edilməz olan müxtəlif silahlı dəstələr, qruplar ortaya çıxmışdı və onların qanunlara tabe olmamaları, qarışıqlıq yaratmaları fonunda heç bir azadlıqdan, heç bir plüralizmdən danışmağa belə dəyməz. Özünə qoçu dəstəsi toplayanların hakimiyyət iddiasında olması fonunda demokratiyadan və insanların hüquqlarından, azadlıqlarından danışmaları əlbəttə ki, olduqca absurd səslənirdi.
Müstəqilliyini yenicə bərpa edən və xaosa, qarışıqlığa sürüklənən Azərbaycan nəinki demokratik mexanizmlərdən məhrum olmuşdu, hətta ölkəmiz öz suverenliyini də itirməkdə idi. Belə bir təhlükənin mövcudluğunu cəmiyyətimiz çox yaxşı hiss edirdi və ölkəmizə olduqca, kifayət qədər səriştəli, təcrübəli, zəkalı, uzaqgörən və xalqının qayğısına qalan, insan hüquq və azadlıqlarını qoruyacaq Ulu Öndər Heydər Əliyev kimi bir rəhbərin lazım olduğunu yaxşı bilirdi. Elə buna görə də Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı təkidli tələblə çıxış etdi. Təbii ki, Ulu Öndər də xalqının səsinə səs verdi, Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə qayıtdı və xalqımızın bütün gözləntiləri özünü doğrultdu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ən tez zamanda bütün qarmaqarışıqlıqlar, bütün hərcmərcliklər, xaos, qanunsuzluqlar dərhal aradan qaldırıldı, Azərbaycan vətəndaşlarının bütün hüquq və azadlıqları təmin edildi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə həm müstəqilliyimizin itirilməsi təhlükəsi, həm vətəndaş müharibəsi qorxusu aradan qalxdı, həm də ölkəmizdə insanların təhlükəsizlikləri, qanuni haqları, fikir, söz, məlumat, mətbuat azadlıqları, eləcə də plüralizmin inkişafı təmin edildi. Ona görə də cəsarətlə deyə bilərik ki, ölkəmizdə fikir, söz, məlumat azadlığının təmin olunmasında, plüralizmin inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu, xidmətləri danılmazdır və bu gün dövlətimiz dahi rəhbərin bizə miras qoyduğu demokratik cəmiyyətin inkişaf etdirilməsini təmin edir. Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyev demokratiyanın mövcudluğuna, fikir, söz, məlumat azadlığına, plüralizmin inkişafına xüsusi önəm verir və bizdə demokratik mexanizmlər qorunmaqdadır.
Xatırladaq ki, müstəqilliyini yenicə bərpa edən ölkəmizdə məhz 12 noyabr 1995-ci il tarixində süveren Azərbaycanın ilk demokratik Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul olunmasından sonra vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, eyni zamanda müstəqil vətənimizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi üçün yeni mərhələ başladı. Ona görə sözügedən azadlıqların təmin edilməsində yeni mərhələnin başlaması qənaətindəyik ki, məhz məhz yeni qəbul olunan Konstitusiyamız hüquq və azadlıqların təmin olunması, eləcə də fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı üçün hüquqi əsas yaratmış oldu. Hüquqi əsas yarandıqdan sonra da təbii ki, azad və müstəqil mətbuatın inkişafına, qəzet və jurnalların yeni cəmiyyətin xarakterinə uyğun fəaliyyət göstərməsinə zəmin və şərait yarandı. Beləliklə də artmaqda olan televiziya kanallarının həm maddi bazası, həm yayım keyfiyyəti yaxşılaşdı, həm də həmin kanalların peşəkar kadrlarla təmin olunmasına təkan verildi. Bununla yanaşı, eləcə də siyasi partiyaların fəaliyyətinə yüksək səviyyədə şərait yaradıldı. Yəni, plüralizmin inkişafı üçün hansı imkanların yarandığını da müşahidə etdik və bu gün demokratik cəmiyyətimizdə bunun nəticələrini görməkdəyik.
Azərbaycan mətbuatında senzuranın ləğv edilməsi isə fikir, söz, məlumat azadlığı, eləcə də plüralizmin inkişafında bir inqilab oldu desək, yanılmarıq. Xatırladaq ki, 1998-ci il 6 avqust tarixində "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" tarixi Fərmanı imzalayan Ulu Öndər senzuranı ləğv etməklə, müstəqil mətbuatın fəaliyyətində yeni dövrün başlanğıcını, hətta əsasını qoydu. Əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil və milli mətbuatımızın, eləcə də fikir, söz, məlumar azadlığının və plüralizmin inkişafında həmin tarixi fərmanın rolu əlbəttə ki, danılmazdır. Bunu bizim cəmiyyətimiz, xalqımız qətiyyən unudan deyil, çünki Ulu Öndərin fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı sahəsində gördüyü işlər, xidmətlər saymaqla bitməz.
Azərbaycanda söz və mətbuat azadlığının inkişaf etdirilməsinə dövlət qayğısı göstərilməsinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin kursunu böyük müvəffəqiyyətlə davam etdirən cənab Prezident İlham Əliyev cəmiyyətin demokratikləşməsi sahəsində söz və mətbuat azadlığının önəmini nəzərə alaraq, hakimiyyətə gəldiyi ilk gündən bu sahəyə xüsusi diqqət, xüsusi qayğı göstərməkdədir və cəmiyyətimiz, xüsusən də jurnalistlər bu qayğını yaxından hiss edirlər. Jurnalistlər arasında keçirilən sorğu nəticəsində Azərbaycanın dövlət başçısı, ölkə rəhbərimiz, cənab İlham Əliyevin 2 dəfə Jurnalistlərin Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin Dostu" mükafatına layiq görülməsi heç də təsadüfi deyil və həmin diqqət və qayğının təzahürüdür. Sözün əsl mənasında cənab Prezident İlham Əliyev jurnalistlərin dostudur və dövlət başçısının mətbuatımıza göstərdiyi diqqət və qayğı, eləcə də yüzlərlə jurnalistin mənzillə təmin olunması, yəni jurnalisrlərin kommunal şəraitlərinin yaxşılaşdırılması fonunda göstərdiyi diqqət bunu isbatlayır.
Həqiqətən də tam yerində deyildiyi kimi, media cəmiyyətin güzgüsüdür. Ona görə ki, dövrün gerçəklərini, həqiqətlərini özündə əks etdirən məhz mətbuatdır, mediadır. Çünki cəmiyyətimiz cərəyan edən proseslər barədə, həqiqətlər haqda məhz mətbuat sayəsində münatəzəm informasiyalar əldə edir. Kütləvi İnformasiya Vasitələri hadisələr barədə məlumat çatdırmaqla yanaşı, həmin hadisələrin mahiyyətini də açıb ortaya qoyur, bəzi məsələlər təhlil olunaraq reallığın nədən ibarət olduğu açıqlanır ki, cəmiyyət üçün bunun önəmi olduqca böyükdür. Fikir, söz, məlumat azadlığının, mətbuat azadlığının ölkəmizdə hər zaman qorunduğu kimi, yenə də mühafizə edilməsi, qorunması, həmçinin plüralizmin inkişafı üçün də bütün imkanların səfərbər edilməsi bu baxımdan tamamilə başadüşülən və məqsədəuyğundur.
Müəllif: İnam Hacıyev
6.3.2. “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır
Bütün xəbərlər Facebook səhifəmizdə