“Milli Mətbuatımızın 149 illik şərəfli bir tarixi var“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Milli Mətbuatımızın 149 illik şərəfli bir tarixi var. Həsənbəy Zərdabinin Əkinçi qəzeti ilə işıq üzü görən Azərbaycan milli mətbuatı tarixin müxtəlif mərhələlərində müxtəlif şəkillərdə fəaliyyətini davam etdirmiş və müasir müstəqil Azərbaycanın inkişaf etmiş azad və demokratik fəaliyyəti sahəsinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin xüsusi qayğısı ilə 1993-cü ildən yeni mərhələyə qədəm qoyan mətbuatımız 1998-ci ildə ümumiyyətlə senzuranı ləğv edilməklə sərbəst söz və informasiya azadlığı təmin olunmuş oldu. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursunun göstəricisidir ki, mətbuat işçiləri mənzillərlə təmin olunmuş, müəyyən qurumlar yaradılmış, bu sektora vergi və gömrük güzəştləri tətbiq olunmuş, fəaliyyətini tənzimləyən Mətbuat haqqında qanun qəbul olunmuş və dövlət dəstəyi davam etdirilməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, Milli mətbuatımızın qarşısında müstəqillik illərinin müxtəlif dövürlərində müxtəlif və məsuliyyətli vəzifələr dayanırdı. Bu vəzifələr torpaqlarımız işğal altında olduğu və qələbə əldə etdiyimiz dövürdə beynəlxalq və daxili auditoriyada dezinformasiyaya qarşı mübarizə aparmaqla haqq səsimizin çatırılması üzərində qurulmuşdur. İndi isə mətbuatımız ölkəmizin inkişafını, işğaldan azad olunmuş ərazilərin yenidənn qurulub bərpasını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasını, ölkəmizin sülh gündəliyini müxtəlif auditoriyalara çatdırılmasında xüsusi rol oynayır.. Keçən ildən 21-22 iyul tarixlərində keçirilməyə başlanmış Şuşa Qlobal Media Forumları beynəlxalq informasiya agentlikləri vasitəsilə mövcud reallıqları dünya ictimaiyyətinə çatdırılmasına xüsusi rol oynayaır. Azərbaycan həqiqətlərini və yaratdığımız reallıqları dünyaya çatdırılmasında dövlət başçımızın rolu xüsusi qeyd olunmalıdır. 44 günlük Vətən müharibəsi zamanı 30-dan çox xarici media qurumuna müsahibələr verən cənab Prezident İlham Əliyev indi də Şuşa Qlobal Media Forumları vasitəsilə bu misiyanı uğurla davam etdirir. 21 iyulda öz işinə başlanmış II Şuşa Qlobal Media Forumunun iştirakçılarının suallarını 3 saatdan çox müddətdə cavablandıran cənab Prezident regional və Qlobal siyasətdə baş verən hadisələrə baxışlarımızı, Azərbaycanın sülh gündəliyini, dezinformasioyanın və süni intelektin yaratdığı fəsadlları, dünya gücləri ilə əməkdaşlığın perespektivləri və digər mövzularda çox geniş və məzmunlu danışdı. Təbii ki, həm qonşularımız, həm də beynəlxalq ictimaiyyət cənab Prezidentin Şuşada keçirdiyi görüşü çox diqqətlə izləyirlər və ölkəmizin gələcəyə baxışları ilə birinci şəxsin dilindən eşidirlər. Şuşa Qlobal Media Forumu dünya mətbuatının manşetində əsas xəbər kimi verilməsi bu tədbirin beynəlxalq əhəmiyyətinin nə qədər böyük olduğunu göstərir. Şuşa Qlobal Media Forumlarının keçirilməsi ənənə halı almışdır. Bu forumların yüksək səviyyədə təşkili ölkəmizin mətbuata verdiyi böyük dəyərdən irəli gəlir.
Sonda 22 iyul Mətbuat Günü münasibətilə media sahəsində çalışan bütün əməkdaşları təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə